Advertisment

Rusiya MN: 9-cu sinif şagirdlərinin hərbi məktəblərə qəbul olunmasına icazə verilsin

Rusiya Müdafiə Nazirliyi 9-cu sinif şagirdlərinin hərbi məktəblərdə və universitetlərdə orta peşə təhsili proqramlarına qəbul olunmasına icazə verilməsini təklif edib.

Herbiand.az bildirir ki, bu barədə normativ hüquqi aktlar portalında dərc olunmuş qərar layihəsində məlumat verilib.

Sənəddə hərbi universitetlərin yalnız 11-ci sinif buraxılışlarının qəbul olunduğu mövcud sistemin dəyişdirilməsi təklif olunur. İndi proqramlara müraciət edərkən 9-cu və ya 11-ci sinif attestatındakı orta qiymət nəzərə alınacaq. Lakin zabit proqramlarına qəbul qaydaları dəyişməz qalacaq.

Bəxtiyar CƏFƏRLİ