Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparır.
Bu barədə Herbiand.az -a nazirlikdən məlumat verilib.
Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.
"Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır", - məlumatda qeyd olunub.