Növbəti illərdə androidlər və robot itlər piyada qoşunlarını əvəz edə bilər.
Herbiand.az bildirir ki, Lobaev Arms qrupunun təsisçisi Vladislav Lobaev TASS agentliyinə müasir orduda insanların yerini tutma perspektivləri barədə danışıb.
O, əmindir ki, dünya orduları iki növə bölünəcək: köhnə ordular (döyüş meydanında canlı qüvvəyə və pilotlu təyyarələrə güvənən) və müasir ordular (robotlardan istifadə edən): “Humanoid robotların prototipləri artıq peşəkar gimnastların koordinasiyasına malikdir, kobud ərazilərdə asanlıqla hərəkət edir və silahları nisbi sürətlə idarə edə bilir”.
Lobaev deyib ki, bu texnologiya özünü yaradır, eyni androidlər digər androidləri yığır: “Hal-hazırda isə söhbət 20.000-50.000 dollar arasında gedir. İki ildən sonra bu, iki-üç dəfə ucuz olacaq. Bu, artıq doğulmalı, böyüdülməli, hazırlamalı və daha çox şeyə ehtiyacı olan canlı insandan daha ucuzdur. Elə onlar piyada qoşunlarını əvəz edəcəklər”.
Lobaev Arms qrupunun təsisçisi qeyd edib ki, yeni növ ordular 2030-cu ildən etibarən yaranmağa başlayacaq.
Bəxtiyar CƏFƏRLİ