2026-cı ilin ilk dörd ayında Monqolustana gələn xarici turistlərin sayı artıb.
Herbiand.az Monqolustanın “Montsame” agentliyinə istinadla xəbər verir ki, bu dövrdə ölkəyə 208 mindən çox turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.
Təkcə aprel ayında ölkəyə gələnlərin sayı illik müqayisədə 26 faiz artaraq 64 mini ötüb. Bu müsbət tendensiya fonunda Monqolustanın aidiyyəti dövlət qurumları xidmət keyfiyyətinin artırılmasını, beynəlxalq təbliğatın gücləndirilməsini və turizm infrastrukturunun modernləşdirilməsini prioritetlər kimi müəyyən ediblər.