Advertisment

Azərbaycan və Türkiyə statistika qurumları arasında 2026-cı il üzrə İş Planı imzalanıb

Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Herbiand.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycan nümayəndə heyətinin Türkiyə Statistika İnstitutunda keçirdiyi görüş zamanı Azərbaycan və Türkiyə statistika qurumlarının rəhbərləri A.Mursaqulov və E.Çetinkaya 3 oktyabr 2025-ci il tarixində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2025-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu”na əsasən 2026-cı il üzrə İş Planını imzalayıblar.

Eyni zamanda görüş zamanı iki ölkə arasında statistika sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. İş Planı çərçivəsində kənd təsərrüfatı və sənaye statistikası sahələri, eləcə də rəqəmsal iqtisadiyyatın statistik ölçülməsi, Milli Hesablar Sistemi 2025-də (MHS 2025) nəzərdə tutulan yeniliklərin tətbiqi və ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.