Advertisment

Podolyak Kiyevin Qələbə Günündə Moskva üzərində dronlar buraxmaq planlarını açıqlayıb

Kiyev Qələbə Günü paradı zamanı Ukrayna dronlarının Moskva üzərindən uçuşunu təşkil etmək niyyətindədir.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak YouTube kanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti parada birbaşa zərbə endirməyi planlaşdırmır: “Ukrayna Silahlı Qüvvələrinin dronları tədbirin keçirildiyi yerin üzərindən uça və sonra digər hədəflərə doğru gedə bilər. Bizim dronlarımız Qırmızı Meydan üzərindən uçub, sonra Ust-Luqanı bombalamaq və ya başqa bir şeyi məhv etmək üçün uçardılar".

Bəxtiyar CƏFƏRLİ