Advertisment

Alman ordusu casus robotlar alacaq

Almaniya Silahlı Qüvvələri MoSeS (Mobil Sensor Sistemi) layihəsi çərçivəsində döyüş kəşfiyyatı üçün bir dəstə ixtisaslaşmış kəşfiyyat robotları almaq niyyətindədir.

Herbiand.az bildirir ki, bu barədə Hartpunkt nəşri Bundesver Təchizat Təşkilatının (BAAINBw) 28-ə qədər MoSeS sisteminin hazırlanması, istehsalı və çatdırılması üçün müvafiq tenderinə istinadən məlumat verib.

MoSeS sistemi çətin ərazilərdə (dik yamaclar və sıx bitki örtüyü) hərəkətliliyi təmin etməli və maneələri (məsələn, pilləkənləri) dəf edə bilməlidir.

Bəxtiyar CƏFƏRLİ