Advertisment

İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb, 60-dan çox yaralı var - FOTO

İranın Küveytin beynəlxalq hava limanına hücumu nəticəsində ümumilikdə 63 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Bu barədə Küveyt Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralananlar arasında hava limanının əməkdaşları və sərnişinlər də var.

Qeyd edək ki, daha əvvəl Küveyt Xarici İşlər Nazirliyi İranın hücumu nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.