Advertisment

Almaniyanın şərq əyalətlərinin sakinləri Ukraynaya hərbi dəstəyə qarşı çıxır

Almaniyanın şərq əyalətlərinin sakinləri Ukraynaya hərbi dəstəyin hazırkı səviyyəsinə qarşı çıxır.

Herbiand.az bildirir ki, bunlar, ARD televiziya kanalı adından Infratest dimap institutunun hazırladığı Deutschlandtrend tərəfindən bu yaxınlarda aparılan sosioloji sorğunun nəticələridir.

Sorğu nəticəsində məlum olub ki, ölkənin şərqindəki sakinlərin 54 faizi Kiyevə silah tədarükünün artıq ağlabatan həddi aşdığına əmindir. Lakin respondentlərin yalnız 37 faizi mövcud yardım səviyyəsini kifayət qədər və ya hətta qeyri-kafi qiymətləndirib.

Tədqiqatçılar həmçinin, Almaniyanın şərqi və qərbindəki sakinlər arasında "Rusiya təhlükəsi" ilə bağlı qavrayışlarda əhəmiyyətli bir fərq olduğunu qeydə alıblar. Şərqi almanların demək olar ki, 47 faizi Rusiyanın onların ölkəsi üçün az və ya heç bir təhlükə yaratmadığını bildirib. Qərbi almanlar arasında isə yalnız 36 faizi bu fikri bölüşüb.

Bəxtiyar CƏFƏRLİ