Advertisment

Rusiya ordusu Ukrayna kəşfiyyatının UH-60 Black Hawk helikopterini məhv edib

4 sentyabrda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məxsus UH-60 Black Hawk helikopteri Kiyevdəki “Julyanı” hava limanında məhv edilib.

Herbiand.az bildirir ki, bu barədə OSINT layihəsi Lostarmour MAX messencerində Rusiya Silahlı Qüvvələrinin 50-ci ayrı-ayrı pilotsuz hava sistemləri briqadası "Varyag"a istinadən məlumat verib.

Mənbələrə görə, aşkar edilmiş hədəflər qrupuna “Geran-4 Seeker” hücum dronundan istifadə edilərək zərbə endirilib. Vertolyota və ona yaxınlaşan nəqliyyat vasitəsinə birbaşa zərbə nəticəsində obyektdə genişmiqyaslı yanğın başlayıb.

Bəxtiyar CƏFƏRLİ