Rusiya parlamentində Polşaya əleyhinə təhdid bəyanatı səslənib.
“Varşavanı ələ keçirmək üçün iki Rusiya briqadası kifayətdir”. Herbiand.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının deputatı Andrey Juravlyov səsləndirib.
Qeyd edək ki, deputat bu fikri Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Kalininqradla bağlı təhdidlərini şərh edərkən səsləndirib.
Nazirin açıqlamasını Hitlerin ritorikası ilə müqayisə edən Juravlyov hesab edir ki, Rusiya ilə münasibətlər gərginləşərsə Varşavanın real reaksiyası xarici işlər nazirinin nümayiş etdirdiyi sərt ritorikadan fərqli olacaq.
“Mən əminəm ki, onun fikrindən daşınması üçün rus qırıcılarının Polşa hava məkanının yaxınlığından uçması kifayətdir”-deyə, deputat əlavə edib.
Xatırladaq ki, sentyabrın 13-də Radoslav Sikorski NATO-nu Kalininqrad vilayəti yaxınlığında “aqressiv təlimlər” keçirməyə çağırıb.
“Rusiyanın bu regionundakı vəziyyətini diqqətlə izləyirik. Kalininqrad vilayətində demək olar ki, qoşun yoxdur”-deyə, nazir bildirib.
E.Cəfərli