Böyük Britaniya Silahlı Qüvvələrinin zabiti Ukraynada yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Herbiand.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ötən şənbə günü baş verib. Britaniya hakimiyyəti insidentin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, bu, Ukraynada britaniyalı hərbçinin həlak olması ilə bağlı təsdiqlənmiş ikinci hadisədir.
İlk hadisə ötən ilin dekabrın 9-da baş verib. Həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin silah sınaqlarını müşahidə edən paraşüt-desant alayının ingilis kapralı Corc Huli həlak olmuşdu.
E.Cəfərli