Advertisment

Polis ölkə üzrə 150-dən çox əməliyyat keçirib:Nazir saxlanılanların sayını açıqladı

Türkiyənin ədliyyə naziri Akın Bakan Gürlek ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.  

Herbiand.az xəbər verir ki, nazir “Küçələr təhlükəsizdir” kampaniyası çərçivəsində ölkə üzrə 150-dən çox əməliyyat keçirildiyini  bildirib. 

“Küçələr təhlükəsizdir” əməliyyatları çərçivəsində ölkə üzrə 151 əməliyyat keçirilib, 2 594 şübhəli barəsində hüquqi tədbirlər görülüb. 

İndiyədək 1 613 şübhəli saxlanılıb, 618 şübhəli barəsində isə həbs qətimkan tədbiri seçilib”-deyə, nazir vurğulayıb.

E.Cəfərli
Herbiand.az