Advertisment

Rus qoşunları son həftədə 10 yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələrinin bölmələri 12-18 sentyabr tarixlərində xüsusi hərbi əməliyyat zonasının bir neçə istiqamətində 10 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Son həftə ərzində Xarkov vilayətinin Çernyakov, Şirokoe, Şevçenkovo, Olxovatka və Malaya Volçya, Donetsk vilayətinin Verolyubovka, Veseloye, Zolotoy Kolodez, Zaporojye vilayətinin Rozovka və Novoandreyevka yaşayış məntəqələri Rusiya hərbçiləri tərəfindən işğal olunub.

Bəxtiyar CƏFƏRLİ