Advertisment

Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək

Litva hərbi təhdid və böhran yaranacağı təqdirdə, paytaxt Vilnüsün əhalisini təxliyə etmək üçün plan hazırlayıb.

“Polskie Radio”-nun xəbərinə görə, paytaxtdan təxliyə üçün nəzərdə tutulan 3 marşrutdan biri Polşa sərhədinə doğru aparır.

Belə ki, Polşanın Podlaskie Voyevodluğu litvalıların bu ərazidən keçməsi üçün tranzit dəhlizi rolunu oynamaq üçün hazırlaşır.

Plana görə, təxliyə təhdidin məkanı və miqyasından asılı olacaq.

Polşadan əlavə olaraq, Litvanın qərbinə və şimalına təxliyə marşrutları da nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Litva ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı qadağanın ləğv olunmasına münasibət bildirib. O, Litvada nüvə silahlarının yerləşdiriləcəyi təqdirdə, bu ölkənin Rusiyanın nüvə hücumlarının hədəfinə çevriləcəyini deyib.