Rusiyanın Belqorod vilayətinin Rakitnoye qəsəbəsində bədbəxt hadisə baş verib. Herbiand.az xəbər verir ki, azyaşlı oğlan döyüş sursatının partlaması nəticəsində həlak olub.
Regionun qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayevin verdiyi məlumata görə, yerdən naməlum əşya tapan səkkiz yaşlı uşaq onu qaldırmaq istəyərkən döyüş sursatı partlayıb və məktəbli hadisə yerində həyatını itirib.
Oğlanın ailəsinə başsağlığı verən qubernator sakinlərə şübhəli əşyalarla bağlı çağırış edib: “Belə əşyalara toxunmayın. Onlardan təhlükəsiz məsafəyə qədər uzaqlaşın və tapıntı barədə müvafiq qurumlara məlumat verin”.
O, həmçinin valideynlərdən uşaqları ilə bu cür hallarda davranış qaydaları barədə maarifləndirici söhbətlər aparmalarını xahiş edib.
E.Cəfərli