Advertisment

"Osa" tapançası xüsusi güllələrlə dronları vura biləcək

Əvvəlcə öldürücü olmayan silah kimi hazırlanmış Rusiyanın lüləsiz “Osa” tapançası yeni missiya yerinə yetirəcək. O, yaxın məsafəli dron əleyhinə döyüşlər üçün uyğunlaşdırılıb.

Herbiand.az bu barəfə “Rossiyskaya qazeta”ya istinadən bildirir.

Moskvada keçirilən Ümumrusiya Silah Forumunda xüsusi dron əleyhinə mərmilər təqdim edilib. Tərtibatçının nümayəndəsi Vitali izah edib ki, sistemin hazırlanması “Osa”-nı kiçik PUA-lara qarşı kompakt, yaxın döyüş silahına çevirir. Beləliklə, tapança "son çarə silahı" kimi xidmət edir.

Onun sözlərinə görə, yeni sursat 4 millimetrlik güllələrlə doldurulur: “Effektiv məsafə hədəfin növündən və ölçüsündən asılıdır. Kiçik bir kvadrokopter təxminən 15 metr məsafədən vurula bilər”.

Qeyd edək ki, silahın çəkisi təxminən 400 qramdır.

Bəxtiyar CƏFƏRLİ