Advertisment

PUA-lar Samaraya hücum etdi: 1 ölü, 4 yaralı

Ukrayna PUA-larının Rusiyanın Samara vilayətinə hücum edib. Bu barədə Herbiand.az Rusiya mediasına istinadən xəbər verir.

Yerli media dron zərbələri nəticəsində bir nəfərin öldüyünü, daha dörd nəfərin yaralandığını iddia edir.

Yaralılara tibbi yardım göstərilib. Şəhər meri İvan Noskov bildirib ki, həkimlər yaralanan şəxslərin vəziyyətini kafi qiymətləndirir. Onlardan biri əməliyyat olunub, vəziyyəti stabildir.

Ölkə rəsmilərinin məlumatına görə, gün ərzində region üzərində onlarla pilotsuz uçuş aparatı vurulub.

Bölgənin qubernatoru Vyaçeslav Fedorışev deyib ki, hücumların hədəfi sənaye müəssisələri olub.

Prokurorluq hücum nəticəsində zərər çəkən şəxslər üçün qaynar xətt yaradıb.

Hücum fonunda Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi “Kurumoç” hava limanının fəaliyyətini dayandırıb. Məhdudiyyətlər təxminən dörd saat davam edib.

Bu səbəbdən 16 reysin gedişi və gəlişi gecikib.

PUA-ların Samara vilayətindən başqa Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Nijni Novqorod, Rostov, Ryazan, Saratov, Smolensk, Tambov və Ulyanovsk vilayətlərinə də hücum etdiyi bildirilir.

E.Cəfərli

Herbiand.az