Advertisment

Plan dəyişdi: F-35-lər bu ölkəyə vaxtından əvvəl gətirildi

Finlandiyanın ABŞ-dan sifariş etdiyi F-35 qırıcıları planlaşdırılan vaxtdan əvvəl ölkənin Laplandiyadakı hərbi hava bazasına göndərilib. Herbiand.az xəbər verir ki, bu barədə məlumatı “Iltalehti” nəşri yayıb.

Qeyd edək ki, bir müddət öncə ilk qırıcıların oktyabr ayına qədər Rovaniemi şəhərindəki Finlandiya Hərbi Hava Qüvvələrinin bazasına çatacağı bildirilmişdi.

Nəşrin məlumatına görə, xarici siyasət və təhlükəsizlik sahəsindəki mənbələr ilk F-35 qırıcılarının Finlandiyaya çatdığını təsdiqləyib.

Finlandiya Hərbi Hava Qüvvələrinin komandanı Timo Herranen isə qırıcıların mümkün qədər tez istifadəyə verilməsi ilə bağlı tapşırıq verdiyini bildirib.

Məlumatda o da bildirilir ki, qırıcıları Finlandiyaya amerikalı pilotlar gətirib.

E.Cəfərli

Herbiand.az