Advertisment

Dağıstanda yanğın zamanı üç uşaq ölüb

Rusiyanın Dağıstan Respublikasının Kayakent rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində üç uşaq ölüb.

“İnterfaks“ Dağıstan prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun İnçxe yaşayış məntəqəsində baş verib.

Yanğın nəticəsində 2019, 2022 və 2024-cü il təvəllüdlü üç uşaq həyatını itirib.

Hadisənin səbəbləri və digər hallar araşdırılır.