Advertisment

Rusiya nüvə sualtı qayıqlarının müdafiəsini gücləndirib

Rusiya Kamçatkadakı Sakit Okean donanmasının Rıbaçi bazasında yerləşən nüvə sualtı qayıqlarının müdafiəsini gücləndirib. Limanda dayanan sualtı qayıqların üzərində xüsusi dron əleyhinə tor quraşdırılıb.

Herbiand.az bildirir ki, bu barədə 19FortyFive nəşri kommersiya peyk görüntülərinə istinadən məlumat verib.

Yeni müdafiə sistemləri Rusiyanın nüvə qüvvələrinin ən vacib dəniz komponentlərindən biri olan “Borey” sinifli strateji nüvə sualtı qayıqlarının üzərində də müşahidə edilib. May ayında çəkilmiş əvvəlki görüntülərdə torla örtülmüş iki belə sualtı qayıq göstərilib. Avqust ayına aid olan görüntülərdə isə oxşar strukturların artıq müxtəlif tipli bir neçə sualtı qayıq üzərində quraşdırıldığı göstərilir.

Bəxtiyar CƏFƏRLİ