Advertisment

Suriya Baş Qərargah rəisi rusiyalı generallarla görüşdü

Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əli ən-Naasan Latakiya vilayətində yerləşən Hmeymim aviabazasında rusiyalı hərbçilərlə görüşüb.

Herbiand.az xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Baş Qərargah rəisi general-mayor Əli ən-Naasan, Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Asəm Havari və Hərbi Dəniz Qüvvələrinin komandanı briqada generalı Məhəmməd əs-Suud rusiyalı hərbi nümayəndələrlə bir sıra görüşlər keçiriblər.

Xatırladaq ki, avqustun 9-da Rusiya və Suriya qarşılıqlı anlaşma memorandumu imzalayıb. Sənədə əsasən, Rusiyanın Suriyadakı Hmeymim aviabazası və Tartusdakı Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminat məntəqəsi də daxil olmaqla hərbi obyektləri hərbçilərin birgə hazırlıq mərkəzlərinə çevriləcək.

E.Cəfərli

Herbiand.az