Advertisment

Kolesnik: Ukrayna üçün silah istehsal edən Avropa zavodları vurulmalıdır

İstehsal və çatdırılma davam edərsə, Ukrayna üçün silah istehsal edən üçüncü ölkələrdəki hərbi obyektlər Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevrilməlidir.

Herbiand.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib.

Deputat bildirib ki, 52 ölkə faktiki olaraq özlərini Ukraynanın arxa cəbhəsi kimi təyin edib: “Silah istehsal etmək üçün Almaniya və digər Aİ ölkələri də daxil olmaqla Qərb ölkələrinin ərazisində fabriklər tikilərsə, bu cür obyektlər dəqiq idarə olunan sursatlarla məhv edilməlidir. Mümkün zərbələr zamanı diqqət hərbi istehsala və mülki itkilərin qarşısını alan silahların istifadəsinə yönəldilməlidir”.

Bəxtiyar CƏFƏRLİ