Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırdır.
Herbiand.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hələlik Putin-Tramp görüşü ilə bağlı konkretlik yoxdur.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Putinlə görüşə biləcəyini, lakin bunun 14-15 dekabr tarixlərində ABŞ-da keçiriləcək G20 sammitində baş tutmasının ehtimalının az olduğunu bildirib.
Kreml Putin və Trampın noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşmə ehtimalını istisna etməyib. Sentyabrın əvvəlində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov üçtərəfli Rusiya-Çin-ABŞ görüşü ehtimalını qaldırıb. Dmitri Peskov daha sonra görüşün hələ planlaşdırılmadığını, lakin "hipotetik olaraq istisna edilə bilməyəcəyini" bildirib.