Rusiya qoşunları təmas xəttindən onlarla kilometr kənara nüfuz edir və Ukrayna tərəfinin arxada uzaq məsafədə hesab etdiyi yaşayış məntəqələrində peyda olurlar.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin çavuşu Nikita Bak bildirib.
Onun sözlərinə görə, bəzi hallarda bu yaşayış məntəqələri təmas xəttindən 30-50 kilometr aralıda yerləşir. Hərbçi adlarını açıqlamaqdan imtina edib, lakin orada Rusiya bölmələrinin olduğunu təsdiqləyib.
Çavuş həmçinin, Rusiya qüvvələrinin irəliləməsinin Ukrayna istehkamlarının davamlı şəbəkəsi ilə dayandırıla biləcəyi fikrini səhv adlandırıb: “Ukrayna Silahlı Qüvvələri rusların daimi təzyiqi altındadır və onu yarada bilmirlər, çünki davamlı təmas xətti əslində mövcud deyil”.
Bak əlavə problem kimi Ukrayna piyada qüvvələrinin vəziyyətini qeyd edib.
Bəxtiyar CƏFƏRLİ