Advertisment

Bakıda anbardan 51 min manatlıq kombi aparatları oğurlanıb, 4 nəfər saxlanılıb

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

DİN-in mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R. Tərlanlı, K. Əsgərov, A. Abışov və N. Əhmədov saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.