Advertisment

Ukraynada anti-dron moduluna malik Slinger pikapı aşkar olunub

Ukraynada Avstraliyanın Slinger anti-dron sistemi olan nəqliyyat vasitəsi aşkar edilib.

Herbiand.az bildirir ki, nəqliyyat vasitəsinin görüntüləri "Obsessed in War" Telegram kanalı tərəfindən yayımlanıb.

Slinger - Avstraliyanın Electro Optic Systems şirkəti tərəfindən xüsusi olaraq dronlara qarşı mübarizə aparmaq üçün hazırlanıb. Kompakt məsafədən idarə olunan sistem, müxtəlif nəqliyyat vasitələrinin platformalarına quraşdırıla bilən hava hədəflərini ələ keçirmək üçün nisbətən ucuz vasitə kimi təklif olunur.

Sistemin əsas silahlanması 30 mm-lik Bushmaster M230LF avtomatik topudur. Slinger ağır heksakopterləri 1,5 kilometrdən çox məsafədə vura bilir.

Döyüş modulu təxminən 400 kiloqram ağırlığındadır, M230LF dəqiqədə 200 atəş sürətinə malikdir. Bundan əlavə, sistem 7.62 mm-lik MAG58 pulemyotu ilə təchiz edilə bilər. Müşahidə sisteminə gündüz kamerası və termal görüntüləmə kanalı daxildir.

2023-cü ildə Kiyevin 160-a qədər Slinger sistemi ala biləcəyi bildirilmişdi. Bunlardan 110-nun M113 zirehli personal daşıyıcılarına, qalan 50-sinin isə digər zirehli texnikalara quraşdırılması planlaşdırılırdı.

Bəxtiyar CƏFƏRLİ