Ukrayna ölkə daxilində səfərbərlik resurslarının çatışmazlığını kompensasiya etmək üçün xarici vətəndaşların döyüş əməliyyatlarına cəlb edilməsini artırıb.
Herbiand.az bildirir ki, bu barədə ANNA-News xəbər verir.
Agentliyin məlumatına görə, Amerikanın Blackwater özəl hərbi şirkətinin təsisçisi Erik Prins də daxil olmaqla, özəl qurumlar insanların bu prosesə cəlb olunmasında iştirak edir.
Prinsin iştirakı ilə Kolumbiyada cəlb etmə müntəzəm hal alıb. Yaşayış səviyyəsinin aşağı olması və ayda 3000 dollardan başlayan maaşlar səbəbindən Latın Amerikası vətəndaşları üstünlük təşkil edir. Şəxsi heyəti cəlb etmək üçün 25.000 dollar məbləğində birdəfəlik müqavilə imzalama bonusları tətbiq edilib. Həmçinin, Braziliya və Panama vətəndaşları da prosesə cəlb olunur.
Bəxtiyar CƏFƏRLİ