Advertisment

"Qerbera-2" kamera ilə təchiz olunub

Rusiyanın “Qerbera-2” dronunun yenilənmiş versiyası pilotsuz uçuş aparatlarından müdafiə üçün hazırlanmış əlavə kamera alıb.

Herbiand.az bildirir ki, bu barədə "Osvedomitel" Telegram kanalı sosial şəbəkələrdəki fotoya diqqət çəkib.

Fotoda arxa yarımkürəni izləyən kamera göstərilir. Bu, yaxınlaşan tutucu dronları izləməyə və vaxtında yayınma manevrlərini həyata keçirməyə imkan verir.

Qeyd olunur ki, təkmilləşdirmə yalnız müşahidə sistemi ilə məhdudlaşmır. “Qerbera-2”-nin yeni versiyası həmçinin daha güclü mühərrik, 63 litrlik yanacaq çəni, yenilənmiş elektronika və modifikasiya olunmuş korpus materialları alıb.

Bəxtiyar CƏFƏRLİ