Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Avropa Birliyi ölkələrinə külli miqdarda narkotik daşımağa cəhd etməkdə şübhəli bilinən Rusiya vətəndaşının həbsinin əməliyyat görüntülərini yayımlayıb.
Herbiand.az bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.
Saxlanılan şəxsin avtomobilində axtarış zamanı təhlükəsizlik qüvvələri 300 kiloqramdan çox kokain qutuları olan çantalar müsadirə edib. Qutuların üzərində Ukrayna Prezidenti Vladimir Zelenskinin gözləri dollar olan şəkilləri olub.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Bəxtiyar CƏFƏRLİ