Advertisment

Korrupsiya ukraynalıları Rusiyanın zərbələrindən daha çox narahat edir - SORĞU

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunda sosioloqlar tərəfindən aparılan sorğunun nəticələrinə görə, ölkədə artan korrupsiya problemi Ukrayna vətəndaşlarını Rusiya Silahlı Qüvvələrinin raket və pilotsuz təyyarə zərbələrindən daha çox narahat edir.

Herbiand.az bu barədə Ukrayna mətbuatına istinadən bildirir.

Respondentlərin yarısı hökumətdəki korrupsiyanı ən aktual məsələ kimi qeyd edib. 40 faizi kütləvi raket və pilotsuz təyyarə zərbələrindən qorxur, digər 30 faizi isə hökumətin peşəkarlığının olmamasını və səriştəsizliyini qeyd edib.

İnstitut qeyd edir ki, ukraynalıların təxminən dörddə üçü prezident Vladimir Zelenskini onun yaxın çevrəsindəkilərin korrupsiya əməllərinə görə şəxsən məsuliyyət daşıdığını hesab edir. Araşdırmaya görə, respondentlərin 72 faizi bu mövqeyi bölüşür, yalnız 25 faiz Zelenskinin məsuliyyət daşımadığını hesab edir.

Respondentlərin 72 faizi hərbi münaqişə zamanı ölkədə korrupsiyanın səviyyəsinin artdığını bildirib. Sorğu iştirakçılarının yalnız 6 faizi korrupsiyanın azaldığını qeyd edib. Qalanları vəziyyətin dəyişmədiyini hesab edir və ya cavab verməkdə çətinlik çəkirlər.

Bəxtiyar CƏFƏRLİ