Advertisment

“Rheinmetall” Ukraynaya göndərdiyi texnika və sursatın həcmini açıqlayıb

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya silah, avadanlıq və hərbi texnika tədarükünün miqyasını, o cümlədən zirehli texnika daşıyan qatarların sayını açıqlayıb.

Herbiand.az bildirir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd olunub ki, şirkət Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstək baxımındam Kiyevin tərəfdaşlarından biri olaraq qalmaqdadır.

Bu tədarüklərin əhəmiyyətli hissəsi sursatdan ibarətdir. Almaniyada tikilmiş yeni müəssisə Ukrayna ordusu üçün orta və böyük kalibrli sursatların əsas mənbəyinə çevrilib. Artıq Ukrayna üçün beş rəqəmli miqdarda 155 mm-lik artilleriya sursatı istehsal olunub.

Bundan əlavə, Ukrayna ordusu Gepard zenit qurğuları üçün 100 minlərlə 35 mm-lik patron, 120 mm-lik tank sursatı, minaatan mərmilər, Skynex və Skyranger sistemləri üçün mərmilər alıb. Rheinmetall göndərilən sursatın həcmini bir neçə milyon olaraq qiymətləndirib.

Yardımın ayrı bir sahəsi zirehli texnika ilə bağlıdır. Ukrayna tərəfinə üçrəqəmli sayda Marder 1A3 piyada döyüş maşını, bir neçə müasir Lynx tankı və çox sayda Leopard 1A5 və Leopard 2A4 tankı artıq bir neçə partiyada çatdırılıb.

Rheinmetall Ukrayna Silahlı Qüvvələrini həmçinin, HHM sistemləri ilə təchiz etməyə davam edir. Ukrayna Leopard 1 şassisində yüksək mobil Skyranger 35 zenit qurğusu da alıb. O, qısa və son dərəcə qısa məsafələrdəki hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Təchizatlara avtomobillər də daxildir. HX ailəsindən olan nəqliyyat vasitələri də daxil olmaqla, bir neçə yüz əddə yük maşını çatdırılıb. Bundan əlavə, Ukrayna hava-desant bölmələri və xüsusi əməliyyat qüvvələri tərəfindən istifadə edilən 20 ədəd yeni Caracal 4x4 tam ötürücülü nəqliyyat vasitəsi də alıb.

Eyni zamanda, şirkət çatdırılan avadanlıqların təmiri və texniki xidmət sistemini genişləndirir. Rheinmetall həmçinin, Ukraynaya səhra xəstəxanaları tədarük edir. Onlar ölkə daxilində yerləşir.

Bəxtiyar CƏFƏRLİ