Advertisment

Tayvan tank və haubitsa üçün sursatlar alacaq

Tayvan hərbi arsenalını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Ada ölkəsi sursat ehtiyatlarını hazırkı 30 günlük döyüşdən 120 günə qədər artıracaq bir proqrama başlayır.

Herbiand.az bildirir ki, bu barəfə Taipei Times qəzeti yazıb.

Məlumata görə, maliyyələşdirmə 6 il üçün nəzərdə tutulub. Təchizatın ümumi dəyəri 27,59 milyard Tayvan dolları (təxminən 868 milyon ABŞ dolları) olacaq. Büdcədə 2026-cı il üçün artıq 7,3 milyard (229 milyon dollar) nəzərdə tutulub. Oxşar məbləğin 2027-ci ildə də ayrılması gözlənilir.

Ordu əvvəlcə 120 mm və 105 mm-lik tank mərmilərinə, eləcə də avtomatik toplar üçün 30 mm-lik mərmilərə və 155 mm-lik haubitsalar üçün sursatlara olan ehtiyaclarını ödəmək istəyir. Eyni zamanda, Tayvan öz zavodlarında mərmi istehsalını da artırmağı planlaşdırır.

Bəxtiyar CƏFƏRLİ