Advertisment

Şimal donanmasının gəmiləri ilk dəfə Şokalski boğazından keçib

Şimal donanmasının komandan müavini, vitse-admiral Oleq Qolubevin komandanlığı altında uzun mənzilli Arktika səyahəti həyata keçirən "İvan Papanin" buz sinifli patrul gəmisi və "Kondopoqa" böyük desant gəmisi Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) tarixində ilk dəfə Şokalski boğazından keçərək Qara dənizə daxil olublar.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, gəmilər boğazdan keçərkən təlimə başlayıb. Patrul gəmisi "İvan Papanin"dən qalxan Ka-29 helikopterinin marşrutu boyunca buz kəşfiyyatı aparılıb.

Şokalski boğazı ilin əksər hissəsində buzla örtülü olur, dik sahillər və aysberqləri yaradan buzlaqları var.

Şimal donanmasının gəmiləri tərəfindən Arktika səyahətləri naviqasiya təhlükəsizliyini və Rusiyanın Arktikadakı dəniz iqtisadi fəaliyyətini təmin etmək üçün müntəzəm olaraq həyata keçirilir.

Bəxtiyar CƏFƏRLİ