Advertisment

Peskov: Deputatlar Dövlət Dumasına seçilmiş XHƏ qəhrəmanlarına yardım göstərəcəklər

Deputatlar Dövlət Dumasına seçilmiş xüsusi hərbi əməliyyatın (XHƏ) qəhrəmanlarının qanunvericilikdə fəal iştirak edə bilməsi üçün bütün lazımi məsləhətlər verərək yardım göstərəcəklər.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Heç bir şübhə yoxdur ki, deputat həmkarlar onlara lazımi məsləhət yardımı və digər dəstək göstərəcəklər ki, qəhrəman deputatlar qanunvericilikdə fəal iştirak edə bilsinlər", - Peskov jurnalistlərə deyib.

Qeyd edək ki, 18-20 sentyabr tarixlərində Rusiyada keçirilən parlament seçkilərində 46 nəfər xüsusi hərbi əməliyyat iştirakçısı Dövlət Dumasına seçilib.

Bəxtiyar CƏFƏRLİ