“BMT Baş Assambleyasındakı çıxış zamanı qeydə alınan tək bir görüntü üzərindən Azərbaycan nümayəndəsinə qarşı başladılan qarayaxma kampaniyaları iki ölkə arasındakı güclü müttəfiqliyi hədəfə alır”. Bunu Herbiand.az-a açıqlamasında Rumeli-Balkan Strateji Araşdırmalar Mərkəzinin (RUBASAM) sədrinin müavini doktor Halit Gökalp Küçük deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan münasibətləri gündəlik siyasi müzakirələrin, sosial media manipulyasiyalarının və səthi yanaşmaların fövqündə duran, çoxşaxəli və strateji dərinliyə malik əlaqələrdir.
“Bir millət, iki dövlət” anlayışı ilə bütün sahələrdə ən yüksək səviyyəyə çatdırılan bu sarsılmaz bağlara heç kimin zərər vurmağa gücü çatmayacaq. İki qardaş xalqın arasına nifaq salmağa yönəlmiş bütün bəd niyyətli fikirləri rədd edir, hər kəsi məsuliyyətli və sağlam düşüncəli mövqe nümayiş etdirməyə çağırırıq. Qardaş Azərbaycan türklərinə ən səmimi salamlarımızı çatdırırıq”-deyə, o, bildirib.
Murad