Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ukraynada hərbi əməliyyatların dondurulmasını təklif edib. Tokayev danışıqların başlanmasının vacibliyini vurğulayıb. Herbiand.az xəbər verir ki, o, bu fikirləri Berlinə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında səsləndirib.
“Ukrayna xalqına, onun dilinə, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə böyük hörmətlə yanaşırıq. Ona görə də mən müharibənin dərhal dayandırılmasına çağırmamışam. Çünki başa düşürəm ki, hazırkı şəraitdə bunun həyata keçirilməsi real görünmür”, -deyə, Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstan lideri bundan öncə də analoji təkliflər çıxış edib.
Beləki iyulun 25-də Rusiya prezidenti Vladimir Putinlə Omsk şəhərində görüş keçirən Tokayev Ukrayna münaqişəsinin dondurulmasını və İstanbul razılaşmaları əsasında nizamlanma prosesinə qayıtmağı təklif edib.
E.Cəfərli