Ukraynanın Odessa vilayətində bir qrup naməlum şəxs zor gücü ilə “Borivaj” dəniz yükləmə-boşaltma və anbar kompleksini ələ keçirib.
Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın “Ekonomicheskaya Pravda” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Hadisə sentyabrın 29-da səhər saatlarında baş verib.
Nəşrin məlumatına görə, söhbət taxıl terminalından gedir. Terminal əvvəllər “PrivatBank”ın keçmiş sahibləri Gennadi Boqolyubov və İqor Kolomoyski ilə əlaqəli şirkətlər tərəfindən idarə olunub.
Hazırda terminalın kimə məxsus olması ilə bağlı məhkəmə araşdırması aparılır. Məhkəmədə terminalın “Aqroterminal Logistik” MMC-nin nizamnamə kapitalına verilməsinin qanuni olub-olmadığı araşdırılır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələri Odessa vilayətinə güclü zərbələr endirib. Nəticədə pilotsuz uçuş aparatlarının istehsalı sexi və liman infrastrukturu məhv edilib.
E.Cəfərli