Britaniyanın Kraken Technology Group şirkəti və İsveçin yerli Saab bölməsi dəniz PUA-larını ovlamaq üçün nəzərdə tutulmuş prototip avtonom gəmi hazırlayıb. Aparat artıq sınaqdan keçirilib.
Herbiand.az bildirir ki, yeni nəqliyyat vasitəsi Giraffe 1X radarı ilə təchiz olunmuş K3 Scout pilotsuz qayığına əsaslanır.
Giraffe 1X - hava hədəflərinin real vaxt rejimində aşkarlanması və izlənməsi üçün yüngül, üçölçülü radardır. O, layihənin bir hissəsi olaraq K3 Scout-un modul yük bölməsinə inteqrasiya edilib.
K3 Scout dronunun gövdəsi xüsusi yüngül şüşə lifli kompozit materialdan hazırlanıb. Uzunluğu təxminən 11 metrdir (konfiqurasiyadan asılı olaraq).
Qiyməti təxminən 320.000 avro dəyərindədir.
Bəxtiyar CƏFƏRLİ