Advertisment

“Vigilante” nüvə sualtı qayığı modernləşdirildikdən sonra xidmətə qayıdır

Fransa Hərbi Dəniz Qüvvələri “Triomphant” sinifli “Vigilante” strateji nüvə sualtı qayıqdan yeni nəsil M51.3 qitələrarası ballistik raketinin ilk buraxılışını həyata keçirib.

Herbiand.az bildirir ki, Finistera yaxınlığındakı sularda nüvə başlığı olmadan keçirilən sınaq geniş təmir və modernləşdirmədən sonra sualtı qayığın əsas döyüş sisteminin hazırlığını təsdiqləyib.

Bu, sualtı qayığın strateji çəkindirmə missiyalarına qayıtması istiqamətində əsas addımdır. Raketin uçuşu bütün trayektoriyası boyunca, istənilən sahildən bir neçə yüz kilometr məsafədə, Şimali Atlantikanın təyin olunmuş ərazisinə düşənə qədər izlənilib.

“Vigilante” sualtı qayıqları 16 ədəd M51 ballistik raket daşıyır.

Bəxtiyar CƏFƏRLİ