Oktyabrın 5-də ABŞ Hərbi Dəniz Qüvvələri özünün ən yeni “Arleigh Burke” sinifli “Ted Stevens” esminesini istifadəyə verib.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, mərasim Alyaska ştatının Uittiere şəhərində baş tutub.
Sertifikatlaşdırma başa çatdıqdan sonra gəmi Virciniya ştatındakı Norfolk daimi bazasına yollanacaq.
Esminesin uzunluğu 155 metr, eni 20 metrdir. Ekipaj 300 nəfərdən ibarətdir.
Əsas zərbə silahı iki universal Mk.41 buraxılış qurğusudur ki, onlar həm SM ailəsi zenit raketlərindən, həm də “Tomahawk” qanadlı raketlərindən və ASROC sualtı qayıq əleyhinə raketlərdən istifadə edə bilir. Gəminin arsenalı 127 mm-lik Mk.45 top qurğusu, altı lüləli 20 mm-lik Phalanx zenit qurğusu, iki 25 mm-lik M242 Bushmaster topu, 4 ədəd 12,7 mm-lik pulemyot, eləcə də iki üç borulu 324 mm-lik gəmi əleyhinə torpedo aparatı və gəmi əleyhinə “Harpoon” raketi ilə tamamlanır.
Göyərtədə iki SH-60 “Seahawk” helikopteri yerləşə bilər.
Bəxtiyar CƏFƏRLİ