Advertisment

Dövlət Nəqliyyat Lizinq Şirkəti 72 ədəd Mi-8 sifariş edib

Rusiyanın Dövlət Nəqliyyat Lizinq Şirkəti və “Rusiya Helikopterləri” (“Rostex”in bir hissəsi) helikopterlərin təchizatı üçün müqavilə imzalayıblar.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, Kazan Helikopter Zavodunda istehsal olunan 72 ədəd Mi-8MTV-1 helikopter güzəştli şərtlərlə alınacaq.

Qeyd olunub ki, Rusiya bölgələri investisiya layihəsinin bir hissəsi olaraq, 2023-2026-cı illər arasında artıq 86 helikopter alıb. Yeni tədarüklər ölkənin nəqliyyat sisteminin inkişafını davam etdirəcək və regional aviaşirkətləri güzəştli şərtlərlə yeni avadanlıqlarla təchiz edəcək.

Bəxtiyar CƏFƏRLİ