Advertisment

Səfirlik Rusiyadakı amerikalılara çağırış etdi: “Ölkəni dərhal tərk edin”

ABŞ-ın Rusiyadakı səfirliyi Amerika vətəndaşlarına çağırış edib.

Herbiand.az xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyı çağırıb.

Bu barədə diplomatik nümayəndəliyin rəsmi saytında məlumat yayımlanıb.

Səfirlik İrkutsk vilayətində mətbuatda yayılan və bir nəfərin ölümünə səbəb olduğu iddia edilən ağciyər taununa dair xəbərlərdən sonra bu açıqlama ilə çıxış edib.

Səfirlik İrkutsk vilayətinə səfər etmiş şəxslərə 14 gün ərzində müayinədən keçməyi tövsüyə edib.

Qeyd edək ki, İrkutskdakı xəstəxanalarda karantin tədbirlərindən, sağlıq ocaqları bağlanıb.

Oktyabrın əvvəlində Rusiya mediasında İrkutsk vilayətinin Şelehov şəhərində taun əleyhinə mübarizə institutunun əməkdaşının ağciyər taunundan öldüyü barədə məlumat yayılmışdı. Bildirilirdi ki, xəstə süni tənəffüs aparatına qoşulub, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra Rusiya Federal İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti xəstəliyin mənşəyinin müəyyən edilmədiyi pnevmoniya olduğunu açıqlayıb.

Aydın

Herbiand.az