Hindistan məhkəməsi ələ keçirilmiş "Unity" tankerindən 20 rus dənizçisinin vətəninə qaytarılması barəqə qərar çıxarıb.
Herbiand.az bildirir ki, bu barədə Splash 24/7 portalı xəbər verib.
Portal qeyd edib ki, gəmi sahibinin aylarla əmək haqqını ödəmədiyi və heyəti dəyişmədiyi məlum olub: “Məhkəmə dənizçiləri zərərçəkmiş kimi tanıyıb və sonrakı repatriasiya üçün gəmidən çıxarılmasını əmr edib. Repatriasiya prosesinin təxminən üç həftə çəkəcəyi gözlənilir”.
Kamerun bayrağı altında üzən "Unity" tankeri 9 mayda Rusiya nefti ilə Paradip limanına daxil olub. İki gün sonra Odişa Ali Məhkəməsi sahibinə qarşı pul iddiaları səbəbindən gəmini müsadirə edib. Tresta International FZE şirkəti əvvəl tankeri yanacaqla doldurmuşdu, lakin ödənişin bir hissəsini alıb. Şirkət faiz və xərclər daxil olmaqla, 423.800 dollar tələb edirdi.
Gəmidə 23 nəfər olub. Ruslardan əlavə, heyətdə bir Qazaxıstan vətəndaşı və iki Misir dənizçisi də var idi.
Bəxtiyar CƏFƏRLİ