Rusiya ordusu kütləvi dron hücumlarına qarşı başqa bir silah ala bilər. Bu, əvvəllər kənd təsərrüfatında dolu buludlarını dağıtmaq üçün istifadə edilən “Alazan” raketləridir. Bu sursatların yerləşdiyi buraxılış qurğusu "Mərkəz-2026" hərbi təlimləri zamanı Rusiya Prezidenti Vladimir Putinə nümayiş etdirilib.
Herbiand.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" bildirib.
Nəşr qeyd edir ki, hazırda düşmənin dron hücumlarını dəf etmək üçün müxtəlif növ silahlardan istifadə olunur: “Lakin yeni variant kimi yenilənmiş “Alazan” raketləri də ola bilər. Bu həll orijinal hesab edilir və yüngül idarə olunan zenit raketləri kimi bu sursatlar hücum edən dron qruplarına effektiv şəkildə qarşı çıxa bilir”.
Bəxtiyar CƏFƏRLİ