Uralın BRT silah şirkəti döyüş zonasında Rusiya ordusuna 300 ədəd “Kozeroq-1” raket qurğusunu çatdırıb. Daha bir partiya isə artıq göndərilməyə hazırlanır.
Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, cəbhədə bu sistem piyadalar üçün qeyri-rəsmi olaraq "cib artilleriyası" ləqəbini qazanıb.
Onun əsas xüsusiyyəti motoatıcı bölmələrin nisbətən az görünüş saxlayaraq düşmənin arxa cəbhəsinə zərbə endirə bilməsidir.
“Kozerog-1”-in çəkisi 270 kiloqramdır. Söküldükdə, UAZ avtomobilinə yerləşir, bu isə daşınmanı asanlaşdıraraq yerini tez bir zamanda dəyişməyə imkan verir. Üç nəfərlik heyət sistemi cəmi 15 dəqiqə ərzində döyüş hazırlığına gətirə bilər.
Qeyd olunur ki, "Kozeroq"lar artıq xüsusi hərbi əməliyyat zonasının müxtəlif ərazilərində istifadə olunur və Ukrayna qoşunlarının mövqelərinə qarşı ümumi atəş gücündə iştirak edir. 20 kilometrə qədər olan məsafə yaxın arxa cəbhədəki hədəfləri vurmaq üçün kifayətdir.
Bəxtiyar CƏFƏRLİ