“Azərbaycanı Məşvərət görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik etmək istəyirəm”.
Herbiand.az -ın xəbərinə görə, bu təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında çıxışı zamanı edib.
“Azərbaycanın sədrliyi altında bizim format çərçivəsində işlər əlavə impuls qazanacaq, qardaşlıq səviyyəsində əməkdaşlığımız birliyin, etibarın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Özbəkistan lideri vurğulayıb.
Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ilə digər regionlar arasında daha etbibarlı, möhkəm iqtisadi və nəqliyyat məkanının yaradılmasında mühüm rol oynadığını da qeyd edib.