Advertisment

Torpağı qazarkən sərvət tapdı

Amerika Birləşmiş Ştatlarında 20 il öncə tapılmış qızıl külçə hərracda baha qiymətə satılıb. Herbiand.az xəbər verir ki, ştat tarixinin ən böyük qızıl külçəsi 1998-ci ildə Alyaskada tapılıb. 9,14 kiloqramlıq "Alaska Centennial Nugget" 750 min dollara alıcı tapıb.

Külçənin tapılmasının maraqlı tarixçəsi var. Beləki külçə Alyaskadakı Rubi qəsəbəsi yaxınlığında yerləşən Svift Krikdəki axtarış sahəsində mədənçi Barri Kley tərəfindən buldozerlə aparılan qazıntı zamanı aşkara çıxıb.

Parça “Klondak Qızıl Hərisliyi” dövrünün 100-cü ildönümündə tapıldığı üçün "Alyaska Yüzillik Külçəsi" olaraq adlandırılıb.

Aydın

Hebriand.az