Advertisment

Rusiya Ukraynaya qarşı "ikiqat zərbə" taktikasından istifadə etməyə başlayıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye obyektlərinə hücumlarda "ikiqat zərbə" taktikasından istifadə etməyə başlayıb. Əvvəlcə hədəfə güclü raket zərbəsi endirilir, sonra dronlar hücumu davam etdirir.

Herbiand.az bildirir ki, bu barədə Çinin "Sohu" nəşri yazıb.

"Bu təsirli, sərt metod Ukrayna Silahlı Qüvvələri üçün kabusa çevrilir. Dron dəstəsi hücumlarının uğuru da az deyil. Rusiya ordusu Ukraynanın enerji sistemini tamamilə iflic etmək əzmindədir", - nəşr qeyd edib.

"Sohu" vurğulayıb ki, Rusiya ordusu taktikasını və silahlarını dəyişən döyüş şəraitinə uyğunlaşdırmağa davam edir: “Bu, qışda Ukrayna infrastrukturunun dağılmasını təhdid edir”.

Bəxtiyar CƏFƏRLİ