Advertisment

Masazırda “Mercedes Vito” yanıb

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, hadisə yerinə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.